Pantomima Teatrının direktoru: Teatr işçilərinin maaşlarının 50 faiz artırılması sənət adamları arasında toybayrama çevrildi VİDEO


Kriminal 21 Apr 2019 22:04:00 571 0

Pantomima Teatrının direktoru: Teatr işçilərinin maaşlarının 50 faiz artırılması sənət adamları arasında toybayrama çevrildi  VİDEO

​Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət sahəsini də diqqətdən kənarda saxlamır. Gördüyü işlərin və qayğının davamı olaraq dövlət başçısı aprelin 17-də Azərbaycan teatrının ənənələrinin qorunub saxlanılması və yeni tələblərə uyğun inkişafı məqsədilə hər birinə 100 min manat olmaqla ümumilikdə 12 teatra 1 milyon 200 min manat vəsait ayırdı.

Teatr xadimləri Prezidentin bu qayğısını yüksək qiymətləndirir, dövlətin mədəniyyət sahəsinə çox böyük önəm verdiyini vurğulayırlar.

Son.az xəbər verir ki, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı bu sərəncam bütün teatrlarda sevincə səbəb oldu: