ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə


Siyasət 20 Apr 2019 13:45:00 230 0

ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə

"Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək növbəti görüşünü səbrsizliklə gözləyirəm".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib.

Qeyd edək ki, ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.

Görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib:

"Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək".