Mirzəcan Xəlilov “Şöhrət” ordeni ilə təltif edildi


Siyasət 18 Apr 2019 17:12:00 304 0

Mirzəcan Xəlilov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev M.M.Xəlilovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov "Şöhrət" ordeni ilə təltif edilsin.

Son.az