İtaliya, Belarus və Azərbaycanın opera ulduzları "Toska" operasının tamaşasında
Kriminal 18 Apr 2019 15:19:00 248 0
Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində Cakomo Puççininin "Toska" operasının tamaşası keçiriləcəkdir.
Son.az xəbər verir ki, Toska partiyasını tanınmış italyan opera müğənnisi Silvana Froli ifa edəcəkdir. Qeyd edək ki, S.Froli Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ və s. ölkələrin opera teatrlarında uğurlu çıxışlar etmişdir.
Kavaradossi partiyasını isə vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, hazırda İtaliyada yaşayan və fəaliyyət göstərən Vitali Kovalçuk ifa edəcəkdir.
Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti Vladimir Qromov tamaşada Skarpia rolunda çıxış edəcəkdir.
Mənbə: milli.az