Ögey xalasını öldürüb, evindən oğurluq etdi


Kriminal 16 Apr 2019 20:11:00 238 0

Ögey xalasını öldürüb, evindən oğurluq etdi

Ögey xalasını qətlə yetirməkdə təqsirləndirilən Ramil Əbilov barəsində olan hökmdən kassasiya şikayəti verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə aprel ayının 23-də  Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb.