AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019 layihəsinin iştirakçılarının bir qismi bəlli olub


Kriminal 16 Apr 2019 19:09:00 437 0

AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019 layihəsinin iştirakçılarının bir qismi bəlli olub

Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019 layihəsində nominantlığını irəli sürən iştirakçıların bir qismi artq bəlli olub.

Son.az Trend-ə istinadən bildirir ki, incəsənətin bir çox sahələrindən uşaqlar bu illər ərzində əldə etdiyi uğurlara görə layihədə "GOLDEN KIDS AWARDS 2019" mükafatını alacaqlar.

Layihə rəhbəri Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamentinin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə layihəyə qatılan uşaqlar həqiqətən də uşaq olmaqlarına baxmayaraq indiyə qədər artıq özlərinə görə sözlərini deyiblər. İdman sahəsindən tutmuş yaradıcı uşaqlara qədər sənəd göndərən nominantların yaşlarının az olmasına baxmayaraq bu qədər nailiyyətlər əldə etməsi həqiqətən fərəh hissi doğurur. Layihənin qala gecəsində həmin bu uşaqları tanımayanlar da tanıyacaq. Azərbaycanın tanınmış simaları, aktyor, müğənni, rejissor və s. nominantları səhnədə mükafatlandıracaqlar.  

Qeyd edək ki, Azərbaycanda yeganə uşaq mükafatlandırma mərasimi olan "AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019" layihəsi 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunur. Layihənin tərəfdaşı artıq ikinci ildir ki, Nizami Kino Mərkəzidir.

Layihənin keçirilməsində məqsəd 5-16 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

Aşağıdakı nominasiyalar üzrə qalibləri mükafatlandıracaqlar: