“Quli” digər “vor zakon”larla keçmiş adamına qarşı birləşdi


Kriminal 16 Apr 2019 16:04:00 241 0

“Quli” digər “vor zakon”larla keçmiş adamına qarşı birləşdi

Aprelin 9-da İstanbulda "qanuni oğru" Dato Çxikvişvilinin (Surqutski) rəhbərliyi ilə keçirilən toplantıda özbəkistanlı Ədhəm Səmərqəndski kriminal titul alıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "sxodka"da Teymuraz Nemsitsveridze ("Tsripa"), Roman Cəfərov ("Romik Kurd"), Teymuraz Çuradze ("Aleko"), Laşa Doqonadze ("Laşa Piterski"), Vladimir Dzotsenidze ("Valera Kutaisski") və Qoca Cinçaradze ("Kurşa") iştirak edib. Lakin sonuncu şəxs Ədhəmin "taclandırılma"sının lehinə səs verib və bu barədə digər "həmkar"larına məlumat ötürüb. Bu informasiyadan sonra digər "vor zakon"lar Datonu cəzalandırmağın yollarını müzakirə ediblər. 

Dato Surqutski

Məlumata görə, Surqutskiyə qarşı Nadir Səlifov ("Lotu Quli"), Roland Qeqeçkori ("Roland Şlyapa"), Merabi Mzarelua ("Duyake"), Tariel Oniani ("Taro"), Merab Canqveladze ("Merab Suhumski") kimi digər kriminal klanlar qoşulub. 

Onların fikrincə, Surqutski 2015-ci ildə İrəvanda keçirilmiş toplantıda yeni şəxslərə "qanuni oğru" titulunun verilməməsinə dair ümumi qərarı pozub.