Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildənilə artır VİDEO


Siyasət 15 Apr 2019 13:41:00 229 0

Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildənilə artır  VİDEO

"Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildən-ilə artır".

Son.az xəbər verir ki, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

N.Arpadarai qeyd edib ki, Formula 1 Azərbaycan Qran Prisi iqtisadiyyatımıza töhfə verən bir layihədir: "Bildiyiniz kimi, Formula 1-in bir mövsümdəki yarışlarını 500 milyon insan izləyir. Azərbaycan Qran Prisini isə keçən il canlı yayım vasitəsilə 82 milyon insan izləyib. Bu, çox böyük rəqəmdir".

O bildirib ki, Formula 1 yarışı, həmçinin ölkənin tanıdılmasına xidmət edir: "Digər tərəfdən, bu yarış ölkəyə gələn birbaşa və dolayı gəlirlər deməkdir. Biz 2016 və 2017-ci illərdə Qran Prinin ölkəmizə gətirdiyi birbaşa və dolayı faydaları yoxlamaq üçün "PwC" şirkətinə müraciət etdik və onların araşdırması nəticəsində məlum oldu ki, 2016 və 2017-ci il Qran prilərindən ölkəmizə gələn ümumi gəlirlərin məbləği 277 milyon dollar təşkil edib".

Şöbə müdiri vurğulayıb ki, Formula 1 Azərbaycan Qran Prisinə bilet satışında ildən-ilə 30 faiz artım qeydə alınır: "Hazırda da bilet satışı uğurla davam etdirilir. 1 və 2-ci yerlərdə bilet alışı baxımından Rusiya və Böyük Britaniya yer alır. Keçən il ümumilikdə 78 ölkədən bilet alınmışdı. Onu da deyim ki, Formula 1 Qrupun araşdırmasına əsasən, tamaşaçıların 76 faizi Bakıdakı Qran Pridən çox məmnun qalıb".

(function (d, w, c) { (w[c] = w[c] || []).push(function() { try { w.yaCounter5765395 = new Ya.Metrika({ id:5765395, clickmap:true, trackLinks:true, accurateTrackBounce:true }); } catch(e) { } }); var n = d.getElementsByTagName("script")[0], s = d.createElement("script"), f = function () { n.parentNode.insertBefore(s, n); }; s.type = "text/javascript"; s.async = true; s.src = "https://mc.yandex.ru/metrika/watch.js"; if (w.opera == "[object Opera]") { d.addEventListener("DOMContentLoaded", f, false); } else { f(); } })(document, window, "yandex_metrika_callbacks");