Muğam Mərkəzində məşhur Mərakeş pianoçusu konsert proqramı ilə çıxış edib


Kriminal 15 Apr 2019 10:41:00 280 0

Muğam Mərkəzində məşhur Mərakeş pianoçusu konsert proqramı ilə çıxış edib

Beynəlxalq Muğam Mərkəzində məşhur Mərakeş pianoçusu konsert proqramı ilə çıxış edib.

Aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində "Frankofoniya həftələri" çərçivəsində məşhur mərakeşli pianoçu Maruan Benabdallah konsert proqramı ilə çıxış edib.

Mərakeş Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan "Arabesque" adlı konsert proqramı dünya ölkələrində ərəb klassik fortepiano musiqisinin tanınması və ümumiyyətlə  klassik musiqiyə maraqın  artması  məqsədini daşıyır.

Tədbirdə Mərakeş Krallığının ölkəmizdəki səfiri Muhəmməd Adil Embarş  iki ölkə arasında mövcud  olan  mədəni əlaqələri qeyd edərək, tədbirin keçirilməsində dəstəyə görə Beynəlxalq Muğam  Mərkəzinə  təşəkkürünü bildirdi.


Xəbərə aid fotolar