Zibil qutularını oğurlayan şəxs tutuldu


Kriminal 13 Apr 2019 18:00:00 237 0

Zibil qutularını oğurlayan şəxs tutuldu

Gəncədə zibil qutularını oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cavadxan küçəsində qoyulmuş, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus 4 ədəd məişət tullantıları qutusunu oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini B.Məmmədov saxlanılıb.