“Lotu Quli” ilə “Ded Həsən”in nəvəsinə qarşı birləşəcək


Kriminal 12 Apr 2019 16:36:00 224 0

“Lotu Quli” ilə “Ded Həsən”in nəvəsinə qarşı birləşəcək

Gürcüstanın ən nüfuzlu "qanuni oğru"su "Taro" ləqəbli Tariel Muluhov (Oniani) bir neçə gün öncə Rusiyada  10 illik həbsxana həyatından azad olunduğu gün yenidən 40 gün müddətinə həbs edilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Taro" mayın 19-u həbsdən çıxdıqdan sonra İspaniyaya deportasiya oluna bilər. Lakin onun  tərəfdaşlarının əksəriyyətinin yaşadığı Türkiyəyə gedəcəyi də deyilir. 

Onianinin çox sayda düşmənlərindən intiqam almağa hazırlaşdığı bildirilir. Bu siyahıda isə 15 ildən çoxdur düşmənçiliyi olduğu, həyatda olmayan kriminal avtoritetlər - "Yaponçik" (Vyaçeslav İvankov) və "Ded Həsən" (Aslan Usoyan) var. Sözügedən avtoritetlərin  klanından olan "vor zakonlar" başçılarının ölümündə "Taro"nun əlinin olduğunu düşünürlər. 

Belə ki, "Ded Həsən"in yolu ilə gedən nəvəsi Qiya Sverdlovski Onianini babasının qətlində ən kəskin ittiham edənlərdən biridir. Bu isə Muluhovun birinci nömrəli düşməninin məhz o, olduğunu göstərir.