Gədəbəydə iyrənc hadisə


Kriminal 11 Apr 2019 16:29:00 255 0

Gədəbəydə iyrənc hadisə

Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinən Mehdi Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Mehdi Əsədov 2015-ci il mayın 22-də yaşadığı Lökbatan qəsəbəsindən Gədəbəy rayonunda yaşayan qayınatasının evinə qonaq gedib. O, həmin gün saat 16 radələrində qayınatasının həyətində olan zaman qonşuluqda yaşayan, 2009-cu il təvəllüdlü Afaq Məlikovanı görüb.

Mehdi Afaqa qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətinə düşüb. O, azyaşlı qızı aldadaraq qayınatasının evinin zirzəmisinə aparıb. Mehdi azyaşlı qızı zirzəmiyə salıb, qapını örtüb.

Bundan sonra Mehdi qızla "oral" cinsi əlaqədə olmasını istəyib. Qız bu çirkin istəyə də rədd cavabı verib. Belədə azğın kişi azyaşlını qorxudub və onu məcbur edib. Qızın zorla getmək istəyinin də qarşısını alıb və ona qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib. Bundan başqa, Mehdi növbəti dəfə iyunun 1-də onunla cinsi əlaqədə olub.

Afaq həmin gün saat 12 radələrində Mehdinin qayınatasının evinin həyətindən uşaq arabasını aparmağa gəlib.

Mehdi qızı görüb və yenidən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətinə düşüb. O, bu məqsədilə qızı evin ikinci mərtəbəsində yerləşən dəhlizə gətirib.

Stulda oturan qıza qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb. Sonra Mehdi qızla cinsi əlaqədə olub. Ağır durumda, ağlaya-ağlaya evə gələn qızı valideynləri görəndə şoka düşüblər.

Afaq baş verənləri valideynlərinə danışıb. Onun valideynləri olayla bağlı polisə müraciət ediblər. Mehdi həbs olunub.

İstintaq orqanı tərəfindən Mehdi Əsədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.