Prokuror 16 yaşlı yeniyetməni şit zarafata görə öldürən şəxsə cəza istədi


Kriminal 10 Apr 2019 18:12:00 222 0

Prokuror 16 yaşlı yeniyetməni şit zarafata görə öldürən şəxsə cəza istədi

16 yaşlı oğlanı qətlə yetirməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən 19 yaşlı Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror A.İsmayılovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası aprelin 17-də davam etdiriləcək.

İttihamda göstərilir ki, Ağaramazan İsmayılovla mərhum Musa Babayev arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Musanın avtobusda Ağaramazanla şit zarafat etməsi olub. Ağaramazan Musanın başına iki sillə vurub və mübahisə də buradan başlayıb. Bundan sonra Ağaramazan avtobusdan düşüb və Musanı axşam məhəllədə görüşə dəvət edib. Axşamkı görüş isə qanlı bitib.