19 manata görə taksi sürücüsünü öldürənlərin cəzası bəlli oldu


Kriminal 08 Apr 2019 19:20:00 281 0

19 manata görə taksi sürücüsünü öldürənlərin cəzası bəlli oldu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilənlər - Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramova hökm oxunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə P.Məmmədov 19 il, digər iki şəxsin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində "Mersedes" markalı avtomobilin sükanı arxasında Aydın Şıxəliyevin çoxsaylı bıçaq xəsərətləri nəticəsində öldürülüb.

Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulub. Saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili H.Z.Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər.