ABŞda azərbaycanlı kişi arvadını öldürdü FOTO


Kriminal 08 Apr 2019 11:47:00 222 0

ABŞda azərbaycanlı kişi arvadını öldürdü  FOTO

ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli bilirlər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Viskonsin-Dels şəhərinin polis departamentindən bildirilib ki, Qujvanın meyiti aprelin 4-ü axşam  saatlarında Vaşinqton bulvarında yerləşən evdə tapılıb.

Polis onun 31 yaşlı əri Fuad Paşayevi şübhəli qismində saxlayıb. 

İlkin məlumata görə, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. Belə ki, o zaman da zərərçəkmiş Tatyana olub.


Xəbərə aid fotolar