Nəcməddin Sadıkov İslam ölkələrinin antiterror hərbi koalisiyası Mərkəzində olub FOTO


Siyasət 08 Apr 2019 11:25:00 252 0

Nəcməddin Sadıkov İslam ölkələrinin antiterror hərbi koalisiyası Mərkəzində olub  FOTO

Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam ölkələrinin anti-terror hərbi koalisiyası Mərkəzində olub.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, general-polkovnik N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və tapşırıqları, prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.


Xəbərə aid fotolar