Keçmiş məhkumlar bu dəfə quldurluğa görə tutuldular


Kriminal 07 Apr 2019 18:33:00 212 0

Keçmiş məhkumlar bu dəfə quldurluğa görə tutuldular

Sumqayıtda quldurluq etməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Elçin Qasımov və 1996-cı il təvəllüdlü Nihad Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.