Azərbaycanlı tələbə Türkiyədə beşinci mərtəbədən yıxıldı


Kriminal 06 Apr 2019 10:35:00 201 0

Azərbaycanlı tələbə Türkiyədə beşinci mərtəbədən yıxıldı

Epilepsiya xəstəsi olan azərbaycanlı gənc Türkiyədə binanın beşinci mərtəbəsindən yıxılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, özünü narahat hiss edən tələbə, 20 yaşlı Həmdəmin Balakişiyev hava almaq üçün binanın 5-ci mərtəbəsində yerləşən mənzilinin pəncərəsini açıb və həmin zaman epilepsiyası tutub. Tələbə pəncərədən yerə yıxılıb. Ağır xəsarət alan Həmdəmin xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə gecə saat 21 radələrində yardım mərkəzinə aid bir yataqxanada baş verib.


Xəbərə aid foto