"Azərbaycan ordusu bir həmlə ilə mövcud reallığı dəyişə bilər"


Siyasət 03 Apr 2019 13:03:00 236 0

"Azərbaycan ordusu bir həmlə ilə mövcud reallığı dəyişə bilər"

Geostrateji şərtlər uyğun olan kimi bu istiqamətdə qəti addımlar atılacaq.

Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub - VİDEO - FOTO "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışışında diqqəti cəlb edən xeyli mühüm məsələlər var. Bunlardan birincisi ondan ibarətdir ki, Vyana görüşündən dərhal sonra Prezident Azərbaycan Ordusunun xüsusi təyinatlıları ilə görüşdü və danışıqlar masasında öz xalqına və onun güclü ordusuna arxalandığını nümayiş etdirmiş oldu. Ancaq Vyana görüşündən sonra Ermənistanın Baş nazirinin haraya telefon açdığına diqqət etsək, görəcəyik ki, bu şəxs xalqına və ordusuna deyil, elə zəng etdiyi mərkəzlərə arxalanır. Yəni Ermənistan müstəqil dövlət deyil, forpostdur, kiminsə hərbi bazası statusunda olan bir subyektdir, elə danışıqlara da sahibindən aldığı təlimatlar əsasında gedir".

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

Azərbaycan Ermənistana növbəti dəfə şans verdi Millət vəkili qeyd edib ki, ikinci mühüm məsələ ondan ibarətdir ki, Ali Baş Komandanımız bir daha bildirdi ki, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu fikir, əslində, işğalçı Ermənistana verilən ciddi ismarıc kimi qiymətləndirilə bilər. Yəni danışıqlar prosesini imitasiya, yaxud manipuliyasiya etmək cəhdlərinizə Azərbaycan sona qədər dözmək fikrində deyil və öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququnu özündə saxlayır".

Onun fikrincə, üçüncü mühüm ismarıc isə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi tarixində digər bütün faktorlarla bərabər, aprel döyüşlərindən sonra hərbi-psixoloji əhval-ruhiyyənin də Azərbaycanın lehinə dəyişməsilə əlaqədardır:

Ermənistan rəhbərliyində Qarabağ məsələsinə haçalı münasibət - KİM YALAN DEYİR? "Prezident İlham Əliyev bildirdi ki, bizim hərbçilərimiz əlverişsiz mövqelərdən çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Bu mühüm əhəmiyyətli fikir həm də o deməkdir ki, baxmayaraq ki, bu gün xeyli sayda strateji yüksəkliklər və rayonlar işğal altındadır, ancaq buna baxmayaraq Azərbaycan ordusu bir həmlə ilə mövcud reallığı dəyişə bilər. Buna Ali Baş Komandanın siyasi iradəsi və güclü ordumuzun hərbi gücü çatar.

Və nəhayət, Prezident İlham Əliyev bir daha bəyan etdi ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bütün bunlar isə belə bir ümumiləşdirmə aparmağa məntiqi əsas yaradır ki, Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, qadirdir və geostrateji şərtlər uyğun olan kimi bu istiqamətdə qəti addımlar atacaq".

İlkin İzzət Son.az