Birinci vitseprezident Mehriban Əliyeva: "Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq"


Siyasət 02 Apr 2019 20:40:00 285 0

Birinci vitseprezident Mehriban Əliyeva: "Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq"

Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu barədə fikirləri rəsmi "Instagram" səhifəsində yazılıb:

"

Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq".