Elmar Məmmədyarov Brüsseldə AzərbaycanAİ Əməkdaşlıq Şurasının 16cı iclasında iştirak edəcək


Siyasət 02 Apr 2019 13:37:00 172 0

Elmar Məmmədyarov Brüsseldə AzərbaycanAİ Əməkdaşlıq Şurasının 16cı iclasında iştirak edəcək

Aprelin 4-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iclasda Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı tərəfindən isə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han iştirak edəcəklər.

İclasda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar, Tərəfdaşlıq Prioritetləri, Şərq Tərəfdaşlığı və digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.