Elnurun namus cinayəti Bacısı ilə evlənmək istəməyən şəxsi Bakıda tapıb öldürüb


Kriminal 30 Mar 2019 17:50:00 291 0

Elnurun namus cinayəti  Bacısı ilə evlənmək istəməyən şəxsi Bakıda tapıb öldürüb

Namus üstündə adam öldürməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1992-ci il təvəllüdlü Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim S.Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakının Sabunçu rayonunda baş verib.

İttihama görə, ötən il noyabrın 7-də Elnur Abdullayev Sabunçu rayonu, Zabrat qəsəbəsində avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyevi bıçaqlayaraq qətlə yetirib.

Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib.

Belə ki, mərhum Murad hadisədən əvvəl internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanışlıq qurub. Daha sonra həmin qadın uşaqlarını Qəbələ rayonunda ataraq paytaxta gəlib. Muradla həmin qadın 2 aya yaxın birgə yaşayıblar.