"Qaynanam arxamda dayandı, həmin sürüşkən rolu oynadım" Əməkdar artist "İtkin gəlin"dəki rolundan DANIŞDI


Kriminal 29 Mar 2019 22:48:00 309 0

"Qaynanam arxamda dayandı, həmin sürüşkən rolu oynadım"  Əməkdar artist "İtkin gəlin"dəki rolundan DANIŞDI

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Hicran Nəsirova "İtkin gəlin" serialında oynadığı Dünya obrazının tarixçəsindən danışıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, "Şou ATV" verilişinin qonağı olan aktrisa bildirib ki, obraz ona həvalə edilərkən əvvəlcə etiraz edib:

"Heç vaxt ağlıma gəlməzdi ki, "İtkin gəlin"də Dünya obrazını oynayaram.  Amma içimdə həmişə oxumaq, müğənni olmaq istəyi olub. Evdə oxuyurdum, səsimi atırdım başıma. Amma adam yanında oxumağa utanırdım. İllər keçdi, təsadüf nəticəsində aktyor sənətinə gəldim. İnstituta daxil olanda yüksək bal toplamışdım. Rektorumuz Rahib müəllim xəbər göndərdi ki, rejissor kursunda adam azdır, bəlkə ora keçsin? Bilirsiz, kimsəsizlik adamı sıxır. Yuxarı kursun uşaqları mənə dedilər ki, cəmi üç nəfər qəbul olur, səni sıxışdıracaqlar. O qorxudan rejissorluğa getmədim. Eləcə də dram kino aktyorluğunu oxudum və bitirdim. 1983-cü ildə "Evləri köndələn yar"a, 1993-də "İtkin gəlin"ə çəkildim. On ildən bir uğurlu rolum olur. Günlərin birində Lütfi Məmmədbəyov məni çağırdı, pyesi atdı qarşıma, dedi ki, apar oxu. Soruşdum ki, pyesdə nəyə fikir verim? Dedi ki, sən oxu, sabah deyəcəyəm.  Səhəri gün gəldim ki, mən romanı oxumuşam, burada nəyi oynayacağam? Dedi ki, Dünyanı oynayacaqsan. Mən də içimdə özümü Əfsanəyə daha yaxın bilirdim. Dedim ki, mən hara, Dünya hara? Özüm də ailəli adamam. Dedi ki, oynayacaqsan. Yolda əsərin müəllifi Əlibala Hacızadəylə rastlaşdıq, Lütfi müəllim dedi ki, Dünyanı bu qız oynayacaq. Əlibala müəllim dedi ki, bu qara qız oynayacaq? O da Dünyanı əsərdə başqa cür yazıb. Lütfi müəllim dedi ki, sən onu rolda görərsən. Evə gəldim, rəhmətlik qaynanama dedim ki, Dünya rolunu veriblər, bəs mən bunu necə oynayım? Soruşdu ki,  oynaya bilərsən, ya yox? Dedim, oynamağa canını da alaram e, amma çəkinirəm. Yoldaşımdan, qaynımdan çəkinirdim. Rol bir az sürüşkən idi.  Dedi ki, oynaya biləcəksənsə, get oyna, arxanda dayanmışam. Ürəkləndim və həmin rolu oynadım. Qaynanam özü sənətşünas idi".