Səfir: "Hindistanın Azərbaycana marağı artır"


Siyasət 29 Mar 2019 19:11:00 263 0

Səfir: "Hindistanın Azərbaycana marağı artır"

Hindistanın Azərbaycana marağı gündən-günə artır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Hindistan səfirliyinin təşkilatçılığı ilə baş tutan tibbi turizm seminarında, Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq deyib.

İki ölkə arasındakı münasibətlərdən söz açan səfir bildirib ki, Azərbaycan cazibədar bir məkana çevrilir:

"Azarbaycana maraq artır və bu gözəl ölkə turizm məkanına çevrildiyindən, Hindistandan da çoxlu sayda turist Azərbaycana səyahət etməkdədir".