Gülnarə Xəlilova “Nautaka” beynəlxalq milli geyim dizaynerləri assosiasiyasının yaradılması haqqında memorandum imzalayıb FOTO


Kriminal 29 Mar 2019 19:01:00 316 0

Gülnarə Xəlilova “Nautaka” beynəlxalq milli geyim dizaynerləri assosiasiyasının yaradılması haqqında memorandum imzalayıb  FOTO

Şəhrisəbzdə (Özbəkistan) "Nautaka" beynəlxalq milli geyim dizaynerləri assosiasiyasının yaradılması haqqında memorandum imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Venera Abudrazokova assosiasiyanın rəhbəri seçilib. Memorandumun imzalanmasında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Gürcüstan, İtaliya və digər ölkədən olan dizaynerlər iştirak ediblər.

Azərbaycanı imzalanma mərasimində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova təmsil edib. Memorandum çərçivəsində iştirakçı ölkələrdə beynəlxalq milli geyim festivalları keçiriləcək, dəb sənayesi sahəsində müxtəlif layihələr həyata keçiriləcək. Gülnarə Xəlilova layihənin milli direktoru seçilib.


Xəbərə aid fotolar