Sosial siyasət ölkə rəhbəri üçün vacib olduğuna görə ticarət mərkəzindəki yanğına dair müstəsna tədbirlər görüldü


Siyasət 29 Mar 2019 17:21:00 226 0

Sosial siyasət ölkə rəhbəri üçün vacib olduğuna görə ticarət mərkəzindəki yanğına dair müstəsna tədbirlər görüldü

Azərbaycanda sosial siyasət ölkə rəhbəri üçün çox vacib olduğuna görə dövlət ticarət mərkəzindəki yanğınla bağlı müstəsna tədbirlər həyata keçirdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov deyib.

O bildirib ki, dövlət başçısı ticarət mərkəzindəki yanğınla bağlı fors-major vəziyyəti ilk dəqiqələrdən nəzarətə götürdü, müvafiq qurumlar və zərər çəkən sahibkarlarla sıx koordinasiya həyata keçirildi. Başqa ölkələrdə də bu kimi hadisələr baş verir, lakin bir çox ölkələrdə dövlət, hökumət heç bir tədbir görmür: "Lakin bizim ölkədə sosial siyasət ölkə rəhbəri üçün çox vacib olduğuna görə dövlət müstəsna tədbirlər həyata keçirdi, qısa zamanda müvafiq komissiya yaradıldı. İlk növbədə, yanğından zərər çəkən kiçik biznes sahiblərinə, xəsarət alanlara dövlət yardımı verilməsi barədə qərar qəbul edildi. Komissiya sahibkarlarla sıx işləyir. İqtisadiyyat Nazirliyi tərəfindən hər bir sahibkarla fərdi görüşlər keçirilir, onların mal qalıqları, dəymiş ziyanın məbləği barədə müəyyən işlər görülür".