31 mart azərbaycanlıların soyqırımı genosid aktı kimi tanınsın


Siyasət 28 Mar 2019 15:08:00 254 0

31 mart azərbaycanlıların soyqırımı genosid aktı kimi tanınsın

"Erməni millətçiləri tərəfindən 1918-ci ildə və daha sonralar, o cümlədən XX əsrin axırlarında azərbaycanlılara qarşı törədilmiş soyqırımları zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini yad edərək, beynəlxalq hüququn norma və prinsiplərini nəzərə alaraq, beynəlxalq ictimaiyyəti, dövlətləri və beynəlxalq təşkilatları 31 mart azərbaycanlıların soyqırımını genosid aktı kimi tanımağa çağırırıq. Hesab edirik ki, soyqırımı törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı, qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları təmin olunmalı və günahsız, dinc əhaliyə qarşı soyqırımı həyata keçirən cinayətkarlar ədalət məhkəməsinin qarşısında cavab verməlidirlər".

Bu barədə Son.az-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev bildirib.

Bu faciələr başımıza niyə gəlir?  Hər il 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu deyən millət vəkili onun tarixi kökləri və səbəbləri barədə də məlumat verib: "1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrlərdə isə həmin torpaqların özgəninkiləşdirilməsi prosesi başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orda yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgənin yaradılmasına nail oldular. Süni surətdə belə bir ərazinin formalaşdırılması, əslində azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsi üçün şərait yaradıb. Azərbaycan torpaqlarında  "Böyük Ermənistan" yaratmaq ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanıb.

Avropa Parlamentindən ermənilərin “konyak diplomatiyası"na zərbə  "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. Ermənilərin törətdikləri, Bakıdan başlanan kütləvi qırğınlar Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini əhatə edib. Yüzlərlə yaşayış məntəqələri dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrilib.

Bu siyasətin qanlı tərkib hissələrindən ən dəhşətlisi 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı öz ağır nəticələri ilə seçilir. 2018-ci ilin mart ayından etibarən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətlərinə görə silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılıb, tarixi və mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və qəbiristanlıqlar yerlə yeksan edilib.

31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər yaşayış məntəqələrində kütləvi qırğınlar törədilib, 30 mindən çox dinc əhali amansızca qətlə yetirilib. Daha sonra Şamaxı, Quba, Kürdəmir və Səlyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla azərbaycanlılara qarşı soyqırımı həyata keçirilib.  Bu hadisələr zamanı Şamaxıda 70-dən çox kənd tamamilə məhv edilib, yeddi min nəfər öldürülüb. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılıb və yandırılıb, minlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilib".

Azərbaycanlılara qarşı yenidən soyqırım törədilə bilərmi? R.Əliyev qeyd edib ki, aradan uzun illər keçsə də, erməni cəlladlarının törətdikləri o qanlı hadisələr, ağlasığmaz vəhşiliklər unudulmayıb və yəqin ki, Azərbaycan xalqı tərəfindən heç bir zaman da unudulmayacaq: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra isə tarixi keçmişimizi daha dərindən öyrənmək imkanı yaranıb, uzun illər gizli qalmış həqiqətlər üzə çıxıb.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixində imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilib. Həmin fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü"  elan edilib və hər il dövlət səviyyəsində qeyd olunur. 2018-ci ildə bu bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimayyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, geniş tədbirlər planı həyata keçirilib".

İlkin İzzət Son.az