Ermənilər azərbaycanlıların soyqırımı günündə növbəti təxribata əl atırlar FOTO


Siyasət 27 Mar 2019 17:50:00 229 0

Ermənilər azərbaycanlıların soyqırımı günündə növbəti təxribata əl atırlar  FOTO

Erməni diasporu qondarma Qarabağ rejiminin tanıdılması istiqamətində siyasi təxribatları ilə yanaşı, mədəni təxribatlarını davam etdirir.

Daha bir təxribat isə İspaniyanın Barselona şəhərindən gəlib. Bu barədə məlumatı Son.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. "Erməni diasporu mart ayının 31-də qondarma "Artsax" adı altında Barselona şəhərində konsert təşkil olunacaq. Məqsəd mədəniyyət yolu ilə Qarabağda baş verənləri ispan cəmiyyətinə tanıtmaqdır.

Bu, erməni diasporunun təxribatıdır. Məqsəd ispan cəmiyyətini çaşdırmaq və diqqəti qondarma rejimə yönəltməkdir", - o bildirib.

Belə bir tədbirin isə martın 31-də keçirilməsi təsadüf sayılan bilməz. Ermənilərin Azərbaycana qarşı növbəti təxribatının 31 mart azərbaycanlıların soyqırımı günündə keçirilməsi onların çirkin niyyətlərini bir daha nümayiş etdirir.


Xəbərə aid foto