Prezident İlham Əliyev Azər Mustafazadəni "Əmək" ordeni ilə təltif edib


Siyasət 27 Mar 2019 12:07:00 193 0

Prezident İlham Əliyev Azər Mustafazadəni "Əmək" ordeni ilə təltif edib

Prezident İlham Əliyev A.A.Mustafazadənin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin.