Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin növbəti görüşünün yeri və vaxtı açıqlanıb


Siyasət 27 Mar 2019 10:57:00 342 0

Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin növbəti görüşünün yeri və vaxtı açıqlanıb

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşünün yeri və vaxtı açıqlanıb.

Bu barədə Son.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.