Əminin məhbus qardaşoğluna telefon ötürmək cəhdi alınmadı FOTO


Kriminal 25 Mar 2019 14:13:00 243 0

Əminin məhbus qardaşoğluna telefon ötürmək cəhdi alınmadı  FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Samir Cabir oğlu Vəliyevlə qısamüddətli görüşə gəlmiş əmisi Masallı rayon sakini Ağayev Sabir Lətif oğlunun üzrəinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı əynindəki gödəkçənin cibindən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilib.


Xəbərə aid fotolar