Naməlum avtomobil 2 qadını vurdu


Kriminal 24 Mar 2019 23:39:00 209 0

Naməlum avtomobil 2 qadını vurdu

Göyçayda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Şəhər sakinləri, 2001-ci il təvəllüdlü Aslanova Nigar Zakir qızı və 1981-ci il təvəllüdlü Abdulrahmanova Samirə Rafiq qızı naməlum avtomobil tərəfindən vurulub.