26 yaşlı azərbaycanlıdan Rusiyada dəhşətli əməl:


Kriminal 22 Mar 2019 15:19:00 195 0

26 yaşlı azərbaycanlıdan Rusiyada dəhşətli əməl:

Başqırdıstanın Beloretsk şəhərində yaşayan 26 yaşlı azərbaycanlı quldurluqla adam öldürməkdə təqsirli bilinib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın bu respublikasının prokurorluğu yayıb.

Mənbə bildirir ki, təqsirli bilinmiş şəxs 75 yaşlı faizə pul borc verən qadınla tanış olub və dəfələrlə özü və qohumları pensiyaçı qadının xidmətlərindən istifadə edib. Ötən ilin fevral ayında gənc qadını elə onun öz evində boğaraq öldürüb və evdən 70 min rubl oğurlayıb.

Qətli və qarəti törətdikdən sonra o, vətəni Azərbaycana qayıdıb, lakin bir müddət sonra Rusiyaya qayıdaraq, hüquq-mühafizə orqanlarına təslim olub.

Məhkəmədə o, günahını qismən etiraf edib və bildirib ki, qadını öldürmək və qarət etmək niyyəti olmayıb, hadisə təsadüfən baş verib.