Trend İnformasiya Agentliyinin əməkdaşı KİVDFnin elan etdiyi yazı müsabiqəsinin qalibi olub


Siyasət 18 Mar 2019 20:07:00 268 0

Trend İnformasiya Agentliyinin əməkdaşı KİVDFnin elan etdiyi yazı müsabiqəsinin qalibi olub

Trend İnformasiya Agentliyinin müxbiri Samir Güləliyev Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə Fondun elan etdiyi ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub.

S.Güləliyevin "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqamətində təqdim etdiyi məqalə birinci yerə layiq görülüb.

Mükafatı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Trend-in digər müxbiri İlhamə İsabalayeva isə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" istiqamətində təqdim etdiyi yazıya görə ikinci olub.

2019-ci il fevralın 1-dən martın 15-dək davam edən müsabiqəyə ümumilikdə 54 KİV-dən 145 yazı təqdim olunub, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib, 109 jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.

Müsabiqə 19 istiqamət üzrə keçirilib.


Xəbərə aid fotolar