Deputat: "OPEC+ formatında iclasın Bakıda keçirilməsi mühüm hadisədir"


Siyasət 18 Mar 2019 12:35:00 182 0

Deputat: "OPEC+ formatında iclasın Bakıda keçirilməsi mühüm hadisədir"

OPEC+ formatında iclasın Bakıda keçirilməsi Azərbaycanın bu təşkilatla əməkdaşlığı çərçivəsində mühüm hadisədir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, iqtisadçı deputat Rüfət Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan OPEC-lə sıx əməkdaşlıq edən ölkələr sırasındadır.

Neft hasilatının azaldılması barədə sazişin icrası ilə bağlı danışan R.Quliyev bildirib ki, Azərbaycan hər zaman öz öhdəliklərini yerinə yetirir və regionda iri neft ixracatçısı olduğu üçün hasilatın nizamlanması məsələləri və dünya bazarlarında stabil neft qiymətlərində maraqlıdır.

O əlavə edib ki, bu məsələlər OPEC+ iclasının gündəliyində olacaq, çünki istehsalın azaldılması vasitəsilə dünya bazarlarında neft qiymətlərinin stabilləşməsi optimal qərardır.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.