Muğam Mərkəzində "musiqi alətlərinin tarixi” mövzusunda beynelxalq konfrans keçirilib FOTO


Kriminal 18 Mar 2019 11:39:00 280 0

Muğam Mərkəzində "musiqi alətlərinin tarixi” mövzusunda beynelxalq konfrans keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində "dəyirmi masa" layihəsi cercivesinde Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda beynelxalq konfrans təşkil edilib.

Martın 16-da Beynəlxalq Muğam Mərkəzində "Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Avstriyanın ölkəmizdəki səfirliyi, həmçinin Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açaraq tədbir barədə məlumat verib.


Xəbərə aid fotolar