Oğlu azadlığa çıxan ata: "Bu gün bizim üçün böyük bayramdır, sevincimizin həddihüdudu yoxdur"


Siyasət 17 Mar 2019 14:54:00 210 0

Oğlu azadlığa çıxan ata: "Bu gün bizim üçün böyük bayramdır, sevincimizin həddihüdudu yoxdur"

Bu gün bizim üçün böyük bayramdır, sevincimizin həddi-hüdudu yoxdur. Bizə bu sevinci bəxş etdiyi üçün ailəm, qohumlarım adından cənab Prezident İlham Əliyevə təşəkkür edirəm.

Son.az Trend-ə istinadən bildirir ki, bunu 1978-ci ildə təvəllüdlü, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmiş Çərkəzov Pərvizin atası deyib.

Keçmiş məhkumun atası qeyd edib: "Oğlum 12 il azadlıqdan məhrum edilmişdi, cazsının 10 ilini çəkib, 2 ilindən azad olundu. Dəfələrlə belə sərəncamlar olub, nə qədər insan sevinib. Bu gün bizim üçün böyük bayramdır, sevincimizin həddi-hüdudu yoxdur. Bizə bu sevinci bəxş etdiyi üçün ailəm, qohumlarım adından cənab Prezident İlham Əliyevə təşəkkür edirəm".

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib.

Əfv sərəncamı şamil edilənlərdən 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.

Son.az