Sumqayıtlı narkotacir ələ keçdi


Kriminal 17 Mar 2019 09:09:00 204 0

Sumqayıtlı narkotacir ələ keçdi

Sumqayıt sakinindən heroin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş K.Hacıbabayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 453 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Bununla yanaşı, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəquliyev saxlanılıb.