Oyuncaq tapança ilə basqına gedən gənclər hakim qarşısında


Kriminal 16 Mar 2019 17:46:00 212 0

Oyuncaq tapança ilə basqına gedən gənclər hakim qarşısında

Bakıda mağazaya oyuncaq tapança ilə basqın edən dəstə hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Fərid Hüseynzadə, 1993-cü il təvəllüdlü Fərid Hacıyev və 1992-ci il təəvllüdlü Orxan Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci il, aprelin 23-də rayon ərazisindəki mağazaların birinə basqın edilib.