Rusiyada azərbaycanlı deputat vəzifəsindən getdi


Siyasət 14 Mar 2019 21:26:00 170 0

Rusiyada azərbaycanlı deputat vəzifəsindən getdi

Volqoqrad vilayət Dumasının azərbaycanlı millət vəkili Həsən Nəbiyev deputatlıq mandatından məhrum edilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, deputat "Vahid Rusiya" partiyasından da xaric edilib. Buna səbəb Nəbiyevin təqaüdçülər haqqında səsləndirdiyi fikirlərdir. Belə ki, millət vəkili 8 min rubl təqaüd alan insanları müftəxor və əyyaş adlandırmışdı. H.Nəbiyev daha sonra bu sözlərinə görə üzr istəsə də, partiyalı həmkarları da ona qarşı sərt mövqedə olub.

Deputatın sözləri martın 10-da volqoqradlıların etiraz aksiyasına səbəb olmuşdu. Nəbiyev deputatlıq səlahiyyətlərinə son verilməsi üçün Dumaya ərizə ilə özü müraciət edib.