Beynəlxalq Klassik və folklor musiqi müsabiqəsi keçiriləcək "WORLD HARMONY"


Kriminal 14 Mar 2019 16:24:00 230 0

Beynəlxalq Klassik və folklor musiqi müsabiqəsi keçiriləcək  "WORLD HARMONY"

2019-cu il aprelin 2-dən 8-dək Bakı şəhərində MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilati dəstəyi ilə Gənc ifaçıların "WORLD HARMONY" Beynəlxalq Klassik və folklor musiqisi müsabiqəsi keçiriləcək.

Son.az xəbər verir ki, müsabiqənin təşkilat komitəsi artıq öz işinə başlamışdır, sənədlərin qəbulu və müsabiqənin təşkili məsələləri ilə bağlı iş aparılır.      

"WORLD HARMONY" Beynəlxalq musiqi müsabiqəsi instrumental solo - fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalği alətləri, vokal - akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri  nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) təqribən 300 nəfərə yaxın ifaçı və bir çox musiqi kollektivlərinin  iştirakı gözlənilir.