Azərbaycan MDB dövlətlərinin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək


Siyasət 13 Mar 2019 19:34:00 212 0

Azərbaycan MDB dövlətlərinin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Moskvaya yola düşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, general-polkovnik N.Sadıkov martın 14-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.