Qadın qadını aldatdı: "Sənə ceyran yağı alacam"


Kriminal 13 Mar 2019 18:59:00 314 0

Qadın qadını aldatdı: "Sənə ceyran yağı alacam"

Sumqayıt şəhərində dələduzluqda təqsirli bilinən Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Qəmər Ağamirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Qəmər Ağamirzəyeva Şahnaz Nəbiyevanın övladı İradə Nəbiyevanın bir həftə ərzində öləcəyi barədə yalan məlumat verib.

O, İradə Nəbiyevaya edilmiş "cadu"nu təmizləyəcəyi barədə yalan vəd verib.

Aldatma yolu ilə Şahnaz Nəbiyevadan 5 avqust 2016-cı il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda dua oxuyub, qaytaracağı adı ilə 1200 manat dəyərində tros boyunbağını, 600 manat dəyərində üzərində kulon olan boyubağını, 400 manat dəyərində sırğaları, 200 manat dəyərində qızıl üzüyü, 150 manat dəyərində qızıl üzüyü alıb.

Qəmər Ağamirzəyeva həmçinin "ceyran yağı" almaq adı ilə 2016-cı ilin avqustun ortalarında Şahnaz Nəbiyevadan 1500 manat, avqustun 20-də 1500 manat, avqustun 27-də 3-cü mikrorayon ərazisində 38 saylı körpələr evi uşaq baxçasında otaqlardan birində 1000 manat alıb.

Qəmər Ağamirzəyeva tərəfindən aldadıldığını başa düşən Şahnaz Nəbiyeva hüquq-mühafizə orqanlarına müraciət edib.