“Çat Kapı aşk” filminin möhtəşəm qalagecəsi baş tutdu


Kriminal 13 Mar 2019 18:09:00 305 0

“Çat Kapı aşk” filminin möhtəşəm qalagecəsi baş tutdu

Elektra Events Hall-da "Cinemazadeh" istehsalı olan və Turkiyədə çəkilmiş "Çat Kapı Aşk" romantik filminin möhtəşəm qala-gecəsi keçirilib.

Son.az xəbər verir ki, şou-biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və bir çox yüksək qurumların rəhbərləri gecənin qonaqları olub. 

Tədbir iştirakçılarının həvəslə şəkil çəkdirdiyi xüsusi dekor ilə bəzədilmiş məkan, elə zala girişdən göz oxşayır, tədbirin möhtəşəmliyindən xəbər verirdi.

Qala gecədə Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və yaradıcı heyyətin üzvləri iştirak ediblər.

Sonda bütün zal filmin yaradıcı kollektivini ayaq üstə salamlamlayıb, durmadan alqışlayıblar.