Fədayə Laçının məhkəmə tərkibinə etirazı qəbul edilmədi


Kriminal 12 Mar 2019 17:49:00 249 0

Fədayə Laçının məhkəmə tərkibinə etirazı qəbul edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az xəbər verir ki, F.Laçının vəkili Nurəngiz Qarayeva Trend-ə açıqlamasında bildirib ki, prosesdə vəkillərin məhkəmə heyətinə etirazları barədə qərar elan olunub. Məhkəmə vəkillərin etirazını təmin etməyib və iş üzrə növbəti məhkəmə prosesi martın 18-nə təyin edilib. Qərara əsasən, təqsirləndirilən şəxslərin şikayətlərinə üzrə prosesi məhkəmə istintaqı aparılmadan baxılacaq.

Xatırladaq ki. ötən məhkəmə prosesində vəkillər məhkəmə tərkibinə etiraz etmişdilər.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdilər.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.