Sumqayıtda qadınların qənimi tutuldu


Kriminal 11 Mar 2019 21:38:00 201 0

Sumqayıtda qadınların qənimi tutuldu

Sumqayıtda qadından qızıl əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadının 6000 manat və 2700 ABŞ dollarını, həmçinin 5900 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanılıb.