BƏƏnin energetika naziri Azərbaycana səfər edəcək


Siyasət 11 Mar 2019 19:14:00 222 0

BƏƏnin energetika naziri Azərbaycana səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui martın 17-də Azərbaycana səfər edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, əl-Məzrui martın 18-də Bakıda keçiriləcək OPEK ölkələrinin və kartelə daxil olmayan dövlətlərin nazirlərinin 13-cü görüşünə qatılacaq.

Nazir BƏƏ nümayəndə heyətinə rəhbərlik edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, martın 17-də Bakıda OPEK Monitorinq komitəsinin birgə texniki komissiyasının 27-ci iclası da keçiriləcək.