BMTnin Azərbaycandakı nümayəndəliyi bayrağını endirdi SƏBƏB


Siyasət 11 Mar 2019 12:11:00 230 0

BMTnin Azərbaycandakı nümayəndəliyi bayrağını endirdi  SƏBƏB

BMT-nin Azərbaycandakı nümayəndəliyi "Efiopiya hava yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar təşkilatın bayrağını yarıya qədər endirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Efiopiya hava yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər, o cümlədən BMT-nin 11 əməkdaşı həlak olub:

"Onların xatirəsini anmaq üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın bayrağını yarıya qədər endirib. BMT-nin Baş katibi Antonio Quterreş həlak olanların ailələrinə başsağlığını çatdırıb".