“Lotu Quli”nin rəqibi yenə Ukraynadan deportasiya olundu


Kriminal 09 Mar 2019 18:12:00 223 0

“Lotu Quli”nin rəqibi yenə Ukraynadan deportasiya olundu

Ukrayna Təhlükəsizlik Xidməti "Dato Ağcabədinski" ləqəbi ilə tanınan Azərbaycan vətəndaşı Cavid Məmmədovu növbəti dəfə ölkədən deportasiya edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı qanuni oğru Ukrayna ərazisinə cinayətkar qruplaşmalardan birinin fəaliyyətini koordinasiya etmək, eləcə də qanuni və kölgə biznesinin xüsusi sahələrinə nəzarəti bərpa etmək üçün keçib. O həmçinin, pul axınının yenidən paylaşdırılmasına nəzarəti, o cümlədən cənub regionunun aqrar sənaye kompleksi müəssisələrinə "sayğac qoymağ"ı planlaşdırıb.