"Bu gün dövlət tərəfindən qadınların müxtəlif sahələrdə rahat fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb"


Kriminal 07 Mar 2019 16:51:00 199 0

"Bu gün dövlət tərəfindən qadınların müxtəlif sahələrdə rahat fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb"

Azərbaycan dövləti həmişə qadınların fədakar əməyini yüksək qiymətləndirib. Bu gün də müxtəlif sahələrdə çalışan xanımlarımız fəxri adlara, orden və medallara layiq görülürlər. Bu da öz növbəsində onları daha əzmlə çalışmağa, böyük uğurlar əldə etməyə sövq edir.

Son.az Trend-ə istinadən bildirir ki, mədəniyyət naziri Əbülfəs Qarayevin mədəniyyət sahəsində fəaliyyət göstərən xanımlara 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanan təbrikində belə deyilir.

Bildirilir ki, mənəvi dünyamızda qadın daim müqəddəs bir yerə sahib olmuşdur. Bu, qadınların həyatın eniş-yoxuşunda ömür-gün yoldaşına arxa-dayaq olması, ailə dəyərlərinin qorunmasında mühüm bir missiyanı ləyaqətlə yerinə yetirməsi ilə bağlıdır. Azərbaycan qadınlarının fədakarlığı, mətinliyi onların dəyərini yüksəklərə qaldırmış, müxtəlif bədii yaradıcılıq sahələrinin əsas mövzularından birinə çevirmişdir. Təsadüfi deyil ki, əsrlərdir bədii nümunələrdə qadınlarımızın gözəlliyi, etibarı, sədaqəti poetik dillə tərənnüm olunur. Şifahi xalq ədəbiyyatımızda da qadının, ananın ailədə, cəmiyyətdə yeri və rolu müxtəlif vasitələrlə ifadə edilmişdir. "Ana haqqı Tanrı haqqıdır" deyimi bəlkə də bütün bəşəriyyətdə qadına-anaya verilən ən yüksək qiymətdir.